29 Sentyabr 2017 16:42
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Regional Hakimiyyəti heç bir sərhəd qapısını Bağdad hakimiyyətinə təslim etməyəcək.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu İraq Kürd Regional Hakimiyyətinin rəhbəri Məsud Bərzani bildirib.

Xatırladaq ki, İraqın Baş naziri Heydər əl-İbadi sentyabrın 25-də Məsud Bərzaniyə ultimatum vermişdi. O, müstəqillik referendumundan dərhal sonra İraq Kürd Regional Hakimiyyətinin rəhbəri Məsud Bərzaniyə müraciət edərək, 3 gün ərzində sərhəd qapılarını Bağdadın nəzarətinə verməyi tələb etmişdi. Ərbilə verilən vaxt bu axşam saat 18.00-da başa çatır.


Müəllif: Nahid

Oxşar xəbərlər