Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın yanında olacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən qayıdarkən jurnalistlərə deyib.
O bildirib ki, bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə görüşdə də müzakirə edəcək:
“Putin münaqişənin həllinə qarışsa, nəticə almaq asanlaşar”.
Ərdoğan əlavə edib ki, Türkiyə 2018-ci ildə Qafqaz İslam Ordusunun qurulmasının 100 illiyi Azərbaycanla birgə qeyd ediləcək.