Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ səfərindən əvvəl Əsənboğa aeroportunda jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Yıldırım səfər zamanı amerikalı nümayəndələrə Fətullahçı terror təşkilatı ilə bağlı tələblərini çatdıracağını deyib:
“Səfər zamanı ABŞ-ın vitse prezidenti Mayk Penslə görüşəcəyik. Müzakirə eidləcək bir sıra məsələlər var. Əsas diqqət Suriya və İraqdakı son vəziyyət, FETÖ məsələsinə, Vaşinqtonun PYD/YPG terror təşkilatına yardımı, İŞİD ilə mübarizə, eləcə də viza böhranına yönələcək”.
Yıldırım əlavə edib ki, Ankara və Vaşinqton arasında viza prosedurlarının məhdud da olsa başlaması müsbət addımdır.