Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əbdüləziz əs-Səudun gündəmə gətirdiyi "mülayim İslam" siyasi termininə kəskin reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan ifadənin Qərb siyasi texnoloqlarına aid olduğunu qeyd edib:
"Bu ifadənin müəllifi Avropadadır. 15 il öncə Avropa ölkələrini gəzəndə mənə "mülayim İslam"la bağlı suallar verdilər. Dedim "İslamın mülayimi, sərti olmaz. İslam təkdir. Kimlərsə bunu yenidən gündəmə gətirməklə İslamı gözdən salır. Biz Avropanın arzuladığı kimi müsəlman olmayacağıq. Sən "mülayim İslam" deyirsən, amma qadına avtomobil sürməyə icazə vermirsən".
Ərdoğan daha sonra Türkiyədə ailələrdə çoxuşaqlılıq məsələsində toxunub: "Rəbbim, peyğəmbərim nə deyib? Müsəlmanlar evlənməli və çoxalmalıdır. Müsəlmanların çoxalması şərtdir. Bundan geri çəkilmək olmaz. Bu məsələdə müsəlman qadınların bu məsələyə həssaslığını anlayıram. Terrorçuların ailəsinə baxın. Hər birində 10-15 uşaq var. İnanıram ki, Rəbbimin əmri, elçisinin sünnəti yerinə yetiriləcək".
Qeyd edək ki, mülayin İslam ifadəsini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əbdüləziz əs-Səud söyləyib.
O, deyib: “Əvvəldən olduğumuz hala geri dönürük. Bütün dinlərə və dünyaya açıq olan mülayim islam ölkəsinə çevriləcəyik. Həyatımızın gələcəkdəki 30 ilini dağıdıcı fikirlərlə məşğul olaraq keçirməyəcəyik".