15 Noyabr 2017 14:22
2 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentində “Müdafiə haqqında” qanunun müzakirəsi zamanı maraqlı anlar yaşanıb. Təklifləri qəbul edilməyən “Yelk” fraksiyasının rəhbəri, deputat Nikol Paşinyan hökumətə “elə edin ki, bunu azərbaycanlılar eşitməsin” deyə bildirib.

Publika.az xəbər verir ki, dünən keçirilən müzakirələrdə “Yelk” fraksiyası “Müdafiə haqqında” qanuna Baş qərargah və personalının təyinatı məsələlərinin nizama salınması ilə bağlı təkliflə çıxış edib. Lakin hökumət bu təklifləri rədd edib.

Nikol Paşinyan çıxışında bildirib ki, daha təkliflər irəli sürmək istəmirlər, çünki heç biri qəbul olunmur.

“Mən hökumət nümayəndəsinə yaxınlaşdım və dedim ki, hərbi xidmət haqqında qanunda məzuniyyətlərlə bağlı məsələ problemlidir. Orada deyilir ki, hərbi qulluqçuya, zabitə iki halda məzuniyyət verilir. Birincisi, rəhbərliyin icazəsi ilə, ikincisi öz arvadının toyu ilə əlaqədar. Mən dedim ki, bu haqda ucadan danışmayın, çünki lətifələrə səbəb olacaq. Təsəvvür edin, Ermənistan silahlı qüvvələrinin zabitinə öz arvadının toyuna görə məzuniyyət verirlər. Mən bildirdim ki, yaxşı qanunu qəbul edin, amma elə edin ki, azərbaycanlılar bu haqda eşitməsin. Çünki bu lətifə mövzusu olacaq. Lakin onlar erməni zabitini lətifə mövzusuna çevirdilər”, - deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər