Gənclik illərindəki siyasi fəaliyyəti Azərbaycanla sıx bağlı olan erməni kommunist Anastas Mikoyan SSRİ-nin mövcudluğu dövründə bir sıra məsul vəzifələrdə çalışıb. 1964-65-ci illərdə isə Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kürsüsündə də əyləşməyə müyəssər olub. 55 illik siyasi fəaliyyətində 54 il Mərkəzi Komitənin, 40 il isə Siyasi Büronun üzvü olub. Sovetlər birliyində heç bir siyasətçiyə nəsib olmayan bu göstəricilər bir daha onu sübut edir ki, erməni siyasətçi özünün siyasi mövqelərini möhkəmlətmək üçün hiyləgər və anlaşılmaz addımları ilə istəklərinə nail olmağa bacarıb. Bu “bacarığına” görə Anastas Mikoyan xüsusi status da qazanıb: “Vladimir İliçdən Leonid İliçə qədər infarktsız və iflicsiz”.
Kremlin dəhlizlərində istədiyi manevrləri etməyi bacaran Mikoyan bütün siyasi fəaliyyəti dövründə birinci şəxslərin qarşısında “gərəkli” fiqur olmağını sübut edə bilib. Hələ 1921-ci ildə hansı siyasi komandaya xidmət edəcəyini müəyyənləşdirə bilməyən Mikoyan Stalini tənqid etsə də, Stalin hakimiyyətə gələndən sonra onun ən yaxın əlaltılarından biri olub. O cümlədən Nikita Xruşşovun komandasında olması nəzərdə tutulmayan Mikoyan hiyləgər gedişləri ilə onun da saqqızını oğurlamağı bacarıb.
Anastas Mikoyan istər gizli, istərsə də açıq şəkildə erməni daşnaklarına dəstək olub. Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistanın tərkibinə verilməsi üçün bu və ya digər yollarla çalışan Mikoyan bu istəyinə nail ola bilməyib.
1945-ci ildə Mikoyanın qudası olan Ermənistanın birinci katibi Arutyunov Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Kremlə müraciət edəndə təbii ki, Stalin bu müraciətdə Mikoyanın da əlinin olduğunu hiss edib. Sözsüz ki, Ermənistan rəhbərliyinin müraciəti öz müsbət həllini tapmayıb. Bununla yanaşı, Stalin qurultayda Mikoyanın siyasi fəaliyyətini kəskin və sərt şəkildə tənqid edib.
Araşdırmaçılar bildrilər ki, həmin illərdə Stalinin Mikoyana qarşı onu Kremldən uzaqlaşdırmaq planı olub. 1953-cü ildə Stalinin ölümü Mikoyanın hələ ondan sonra neçə illər də Kremldə fəaliyyət göstərməyinə səbəb olub.
Hikita Xruşşovun hakimiyyəti dövründə də Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı növbəti dəfə Kremlə müraciət ediblər. Bu dəfə Mikoyan açıq şəkildə məsələyə müdaxilə edib və bu haqda Xruşşova öz mövqeyini bildirib. Bu hiyləgər oyundan hiddətlənən Xruşşov öz fikrini Mikoyana açıq şəkildə bildirib:
- Anastas İvanoviç siz məni vadar edirsiniz ki, mən Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında sərəncam imzalayım.
Anastas Mikoyan siyasi karyerası naminə istənilən addımı atmağa hazır olub. Onun üçün vəzifə hər şeydən müqəddəs sayılıb. Hətta öz vəsifəsinə görə, ölkə başçısının yanında “hörmətli” olması üçün yeri gələndə öz millətinin qanına da susayıb. Belə ki, Ermənistanda Mikoyanın iştirakı ilə plenum keçiriləndə həmin dövrdə Ermənistanın birinci katibi Amatuni Kremlin nümayəndəsinin çıxışına bəzi iradlarını bildirib. Bunun nəticəsində Ermənistanın birinci və ikinci katibi, Ermənistan Xalq Komissarları Sovetinin sədri, daxili işlər komissarı və demək olar ki, respublikanın digər vəzifəli şəxsləri həbs olunub.
1937-ci ildəki kütləvi represiyalarda Anastas Mikoyanın “xüsusi” xidmətləri olub. SSRİ-nin əsasən ticarət, təchizat, yeyinti sənayelərinə başçılıq edən Mikoyanın təşəbbüsü və təqdimatı ilə yüzlərlə bu sahədə çalışanlar həbs olunub.
Mikoyan hədsiz dərəcədə dondurma həvəskarı olub və ölkədə dondurmanın istehsalı üçün kifayət qədər vaxt ayırıb. Bu məsələdən xəbərdar olan Stalin ona iradını bildirib:
- Anastas İvanoviç mənə elə gəlir ki, siz kommunizmdən çox dondurmaya üstünlük verirsiniz.
Mikoyan Stalinin bu iradını öz millətinə xas olaraq yazıq və yaltaq təbəssümlə qarşılayıb.
Mikoyanın ən böyük “kəşf”lərindən biri SSRİ-nin yeyinti sənayesinə rəhbərlik etdiyi dövrdə həftənin cümə axşamları günündə balıq gününün (“çetverq rıbnıy den”) elan etməsi olub. Belə ki, həmin gün ölkənin iaşə obyektlərində yalnız balıq məhsulları verilib.
Stalin hakimiyyəti dövründə öz evində axşamlar tez-tez məclislər təşkil edib və Kremlin seçmə məmurlarının bu məclislərdə iştirakı vacib olub. Xalqın atası bu əyləncə məclislərində patefonu işə salaraq məmurlara rəqs etməyi təklif edib. Təbii ki, bu təklifdən imtina etməyə heç kimin cürəti çatmayıb. Odur ki, bacaran da, bacarmayan da rəqs etməyə məcbur olub. Bu gülməli mənzərədən Stalin xüsusi zövq alıb. Rəqs etməyi bacarmayan Mikoyan isə hansı müsiqinin çalınmasından asılı olmayaraq, ancaq “ləzginka” rəqsini oynayıb.
Stalinin bütün rəhbərliyi dövründə qarşısında baş əyən, ona təzim edən, özünə arxa-dayaq sayan, şərabını süzən, əyləncələrini təşkil edən və nəhayət onunla birgə çörək kəsən Anastas Mikoyan 1950-ci ilin ortalarında Xruşşova xoş olsun deyə, Stalinin şəxsiyyətə pərəstiş məsələsi ilə bağlı tənqidi çıxışlar edib.
Anastas Mikoyanın beş oğlu olub. Onlardan dördü Mikoyanın qardaşı aviakonstruktor Artyom Mikoyanın təşəbbüsü ilə aviasiya sistemində işləyib. Mikoyan birinci oğluna Şaumyanın şərəfinə Stepan, ikinci oğluna Caparidzenin şərəfinə Aleksey, üçüncü oğluna Fioletovun şərəfinə Vano, dördüncü oğluna Ordconikidzenin şərəfinə Serqo, beşinci oğluna Leninin şərəfinə Vladimir adlarını verib. Göründüyü kimi, müəmmalı “27-ci komissar” adqoydu məsələsində də siyasi fəaliyyətindən geri qalmayıb.