Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 24-cü toplantısında iştirak etmək üçün bu gün Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, büroda ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə aid məsələlər, digər aktual mövzular müzakirə olunacaq.
Nazirlər Şurasının 24-cü iclasında bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Azay Quliyev gündəlikdə olan məsələlərə münasibət bildirəcək, cari ilin oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərinə dair ATƏT-in seçki müşahidə missiyasının rəyi haqqında məlumat verəcək.