Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Putinin Nijni Novqorod şəhərində avtomobil zavodunun işçiləri ilə görüşü zamanı məlumat verib.
“Yenidən seçicilərin etimadını qazanaraq Rusiya Federasiyasının prezidenti vəzifəsinə seçilməyə çalışacağam”, deyə Putin qeyd edib.
V. Putinin səlahiyyət müddəti 2018-ci il mayın 7-də başa çatır.