18 Dekabr 2017 14:19
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp dünən axşam saatlarında rusiyalı həmkarı ilə aralarında baş tutan telefon danışığı ilə bağlı jurnalistlərə açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o bu danışığı müsbət qiymətləndirib.

Trampın sözlərinə görə, Putin ABŞ-da planlaşdırılan terror aktlarının qarşısının alınmasında Rusiya xüsusi xidmət orqanlarının amerikalı həmkarına köməklik göstərəcəyi ilə bağlı ona vəd verib.

Qeyd edək ki, telefon danışığı zamanı Putin Sank-Peterburq şəhərində terror aktı planlaşdıran şəxslər barədə Rusiya tərəfinə kəşfiyyat məlumatlarını ötürdüyü üçün Trampa təşəkkür edib.


Müəllif: Samir