26 Dekabr 2017 22:59
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı dəstəyini yüksək qiymətləndiririk".

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, regionda təhlükəsizliklə bağlı problemlər var və Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü pozulub: "Azərbaycan və Gürcüstan mövcud münaqişələrin beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır".

XİN başçısı iki ölkə arasında münasibətlərin dostluq, mehriban qonşuluq və qarşılıqlı anlaşmaya əsaslandığını deyib: "Bütün sahələr üzrə əməkdaşlıq yüksək səviyyədədir. Hər iki ölkə regional və qlobal iqtisadi layihələrin iştirakçısıdır.".

M.Canelidze 2017-ci ili Gürcüstan-Azərbaycan münasibətləri üçün əlamətdar adlandırıb: "Bu il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bu dəmir yolu 3 strateji tərəfdaşı birləşdirməklə Avropa və Asiya arasında körpü rolunu oynayır".

Nazir iki ölkə arasında yüksək səviyyədə çox fəal dialoqun olduğunu qeyd edib. "Gələcəkdə qarşılıqlı münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümid edirik. Birgə səylərlə əhəmiyyətli layihələri həyata keçirməyə davam edəcəyik".

Gürcü nazir çıxışının sonunda Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edərək qonşu ölkəyə sabitlik və firəvanlıq arzu edib.

/APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər