Rusiya və İranın Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb Bəşər Əsədə bağlı hərbi birləşmələrin Suriyanın İdlib şəhərində onlarla insanın ölümünə səbəb olan əməliyyatlar aparmasıdır.
Türkiyə XİN narahatlığını Rusiya və İranın Ankaradakı səfirlərinin diqqətinə çatdırıb.
Qeyd edək ki, Astanada Suriyada atəşkəsin elan olunmasına dair razılığın əldə edilməsinə baxmayaraq Suriya ordusu İdlib və Hamada hərbi əməliyyatlar həyata keçirir.
Suriya ordusu Əbu Zuhur Hava Bazasını ələ keçirməklə Dəməşqi Hələblə birləşdirən magistral yola nəzarəti təmin etmək istəyir.
Əsəd ordusu İdlibdə 14 kəndi ələ keçirməklə Əbu Zuhur Hava Bazasına yaxınlaşıb.
Bazar günü İdlibə endirilmiş aviazərbələr nəticəsində 21 mülki şəxs ölüb. Hazırda Əbu Zuhur Hava Bazasına silahlı müxalifət nəzarət edir.