15 Yanvar 2018 08:42
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyada əsasını PKK-nın qanadı olan PYD üzvləri təşkil edəcək 30 minlik sərhəd ordusunun yaratmasını sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, XİN-in açıqlamasında İŞİD-dən azad ölunan yerlərin PYD/YPG güclərinə buraxılmasının səhv addım olduğu qeyd edilir.

"Yaradılması nəzərdə tutulan silahlı qüvvə İŞİD ilə mübarizəyə mənfi təsir göstərəcək. Həmçinin sözdə "Suriya Sərhəd Təhlükəsizliyi Qüvvələri"nin yaradılması məsələsi koalisiyanın üzvü olan Türkiyə ilə danışılmayıb. Qərarın koalisiyanın hansı üzvlərinin rəyilə qəbul edildiyi bilinmir. Təktərəfli qərar son dərəcədə zərərlidir. ABŞ-ın istəyinə uyğun PYD/YPG ilə aparılan əməkdaşlıq milli təhlükəsizliyimizə və Suriyanın ərazi bütövlüyünə ziddir, risk yaradır. Türkiyə özünə qarşı olan hər cür təhdidi susdurmaq haqqını özündə saxlayır", deyə XİN-in bəyanatında vurğulanır.


Müəllif: Ayxan

Oxşar xəbərlər