22 Yanvar 2018 11:07
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası qanunvericiliyin tələblərini, dövlət başçısının tövsiyələrini rəhbər tutaraq 2017-ci hesabat ilində ölkədə sahibkarlığın inkişafı, iş adamlarının hüquqlarının və qanuni maraqlarının qorunması istiqamətində zəruri tədbirlər həyata keçirib, Şuraya ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının sədri Eldar Nuriyev bildirib.

E. Nuriyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması iş adamlarının fəaliyyətinə müdaxilələrin, süni maneələrin, korrupsiya və sui-istifadə hallarının qarşısının alınmasına zəmin yaradıb, qanun pozuntularının, Apelyasiya şuralarına ünvanlanan şikayətlərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub: “Bunun nəticəsidir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Prezident yanında Apelyasiya Şurasına daxil olmuş ümumi müraciətlərin sayı 2,9 dəfə, bilavasitə sahibkarlar tərəfindən verilən şikayətlərin sayı 2,2 dəfə azalıb. Hesabat ilində Prezident yanında Apelyasiya Şurasına hüquqi və fiziki şəxslərdən 317 müraciət daxil olub. Onlardan 163 müraciət Şuranın səlahiyyətinə aid olmadığından araşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Həmin şikayətlər əsasən sahibkarlar tərəfindən verilməyən, sahibkarlıq fəaliyyətinə aid olmayan məsələlərlə, habelə cinayət təqibi, məhkəmə işləri, inzibati cərimələr, bank kreditləri, su, qaz, işıq təchizatı ilə əlaqədar olub. Hesabat dövründə Prezident yanında Apelyasiya Şurasının səlahiyyətinə aid 154 müraciət daxil olub. Onlardan 120 şikayət prosedur qaydalara əməl olunmadan, mərkəzi və ya yerli icra hakimiyyətlərinin Apelyasiya şuralarında baxılmadan birbaşa Prezident yanında Apelyasiya Şurasına verildiyindən həmin orqanlara, onların Apelyasiya şuralarına göndərilib. Apelyasiya şuralarına göndərilmiş həmin şikayətlərdən 93-ü yerlərdə qanuni həllini tapdığından, mübahisə aradan qalxdığından onlardan təkrar şikayət verilməyib, Şuraya ünvanlanmış 7 müraciət isə təşkilati məsələlər şikayəti təmin olunmuş sahibkarların təşəkkürləri barədə olub”.

E. Nuriyev nəzərə çatdırıb ki, 2017-ci ildə Prezident yanında Apelyasiya Şurasının icraatına 27 şikayət götürülüb. Müsbət haldır ki, həmin il Şurada baxılan işlərin sayı 2016-cı illə müqayisədə 12,9 faiz azalıb: “Hesabat ilinin ikinci yarısının göstəriciləri daha uğurlu olub, 2016-cı ilin həmin dövrü ilə müqayisədə Şurada baxılmış şikayətlərin sayı 2,3 dəfə aşağı düşüb. Ötən il Prezident yanında Apelyasiya Şurasının icraatına götürülmüş 20 şikayət üzrə müvafiq qərarlar qəbul edilib, 3 müraciət şikayətçilərə qanunvericiliyin tələbi izah edilməklə baxılmamış saxlanılıb, 2 müraciət baxışa çıxarılanadək öz həllini tapdığından geri götürülüb, 2 şikayət isə hazırda baxılma mərhələsindədir. Araşdırmalardan məlum olur ki, şikayətlərin əksər hissəsi sahibkarların öz hüquq və vəzifələrini mükəmməl bilməməsi, qanunvericiliyin tələblərini, müəyyən edilmiş prosessual qaydaları pozması, hətta bəzən haqsız tələblər irəli sürməsi üzündən yaranıb. Statistik məlumatlardan göründüyü kimi sahibkarların Prezident yanında Apelyasiya Şurasına ünvanladığı 163 müraciət Şuranın səlahiyyətinə aid olmayıb, 120 şikayət mərkəzi və ya yerli icra hakimiyyətlərinin Apelyasiya şuralarında baxılmadan birbaşa Prezident yanında Apelyasiya Şurasına verilib. Şuraların iclasında baxılmış 13 şikayət əsassız olduğundan təmin edilməyib, yaxud baxılmamış saxlanılıb. Bəzi şikayətlər qanunvericiliyin tələbi pozulmaqla eyni vaxtda həm məhkəməyə, həm də Apelyasiya Şurasına verilib”./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər