7 Fevral 2018 13:37
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın hazırkı prezidenti Donald Tramp xələfi Barak Obamanın yolunu tutub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Tramp Suriyanın Menbiç bölgəsindəki YPG terrorçuları ilə bağlı verdiyi vədə əməl etmir:

“Obama Menbiçdəki YPG terrorçuları ilə bağlı Türkiyəni aldatdı. Tramp da onun yolunu gedir. Tramp deyirdi ki, YPG Menbiçdə qala bilməz və Fəratın şərqinə çəkiləcək. Ancaq bu olmadı”.

Ərdoğan əlavə edib ki, Türkiyədə çox sayda menbiçli miqrant var və onlar tezliklə yurdlarına dönmək istəyir.


Müəllif: Samir

Oxşar xəbərlər