İranın Suriyada hərbi bazası yoxdur.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmmədcavad Zərif Moskvada keçirilən “Valday” klubunun Yaxın Şərq məsələsi üzrə konfransında deyib.
O əlavə edib ki, Suriya hökumətinə kömək məqsədi ilə İran bu ölkəyə yalnız hərbi nümayəndələrini göndərib.
Zərif İran və Səudiyyə Ərəbistanı arasındakı gərginliklə bağlı ona verilən sualı da cavablandırıb:
“Bizim Səudiyyə ilə heç bir problemimiz yoxdur. İran və Səudiyyə İraq və Suriyadakı münaqişələrin həllində əməkdaşlıq edə bilər”.