19 Fevral 2018 22:59
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail-İran münasibətlərindən danışarkən hər iki dövlətin səhvə yol verdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Lavrov İsrail və himayədarı ABŞ-ın İrana qarşı düşmənçilik siyasətini təhlükəli adlandırıb: "Təəssüf ki, Amerika, İsrail və onlara yaxın bəzi dairələr Yaxın Şərqdəki problemləri İranla əlaqələndirirlər. Bu düzgün yanaşma deyil. İsrail-İran əlaqələrinin gərgin olduğu aydın məsələdir. Bu gərginliyi azaltmaq əvəzinə daha da dərinləşdirmək heç kəsə fayda gətirməz".

Lavrov, həmçinin, İranda bəzi siyasilərin "İsraili yer üzündən silərik" açıqlamalarını zərərli hesab edib: "Rusiya İsraillə bağlı bu cür yanaşmaları heç vaxt qəbul etməyib".


Müəllif: Ayxan

Oxşar xəbərlər