Milli Məclisin deputatı Sona Əliyeva Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir.
Teleqraf.com xəbər verir ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində Qocaeli bölgəsində yeni salınmış Azərbaycan parkının açılışı, soyqırım qurbanlarının anım mərasimi keçiriləcək, Xocalı faciəsini əks etdirən rəsm sərgisi təşkil olunacaq. Eyni zamanda, Sakaryada şəhidlərə həsr olunmuş abidənin və Qarabağ adlı küçənin, İzmirdə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin büstünün, Şəhidlər abidəsinin və parkın açılışı olacaq.