16 Mart 2018 18:44
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumu Azərbaycanın dünyada önəmini artırır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, VI Qlobal Bakı Forumu artıq bütün dünyada qəbul olunmuş tədbirdir: “Foruma ünvanlanan məktublardan da görünür ki, onun işi yüksək səviyyədə dəstəklənir. BMT baş katibi Antonio Quterres və dünyünın aparıcı nüfuzlu dövlətlərin rəhbərlərinə qədər Bakı platformasını yüksək dəyərləndirirlər.

Fikrimcə, forum bir çox aspektdən əhəmiyyətlidir. Çünki tədbir beynəlxalq dialoq platformasında Azərbaycanın önəmini artırır. Ölkəmiz sözün əsl mənasında dialoqun mərkəzi coğrafiyasına çevrilib”.

Elçin Mirzəbəyli qeyd edib ki, forumun daha bir önəmi var: “Azərbaycana gələn xarici qonaqlar, dünyanın nüfuzlu siyasətçiləri ölkəmiz haqqında ətraflı məlumata malik olular. Onlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fikir mübadiləsi aparırlar. Eyni zamanda Azərbaycanın haqlı mövqeyi dilə gətirilir. Bu baxımından tədbirin önəmi kifayət qədər böyükdür. Qlobal Bakı forumunun əhəmiyyəti ildən-ilə daha da artıq”.

Qeyd edək ki, Bakıda Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forum keçirilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər