30 Mart 2018 18:12
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Xarici İşlər naziri Suşma Svaraj Azərbaycana rəsmi səfərə gələcək.

Teleqraf.com xəbər verir ki, xanım S. Svaraj 4-6 aprel tarixlərində Bakıda olacaq.

Rəsmi səfər çərçivəsində S. Svarajın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü nəzərdə tutulub. Qonaq aprelin 5-6-da Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında da iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər