11 Avqust 2018 23:15
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beşinci Xəzər sammiti ərəfəsində Aktauda Qazaxıstan tərəfinin sədrliyi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib.

"Report" Qazaxıstan XİN-ə istinadən xəbər verir ki, müşavirədə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak ediblər.

XİN başçıları "Xəzər beşliyi"nin qarşıda duran yüksək səviyyəli görüşünə hazırlıq işlərinə yekun vurublar.

"Bu gün biz güzəşt və qarşılıqlı məqbul qərarların axtarışına göstərilən səylər sayəsində Xəzər dənizində qarşılıqlı fəaliyyətə aid bütün məsələlər üzrə razılığa gələ bildik. Prezidentlər tərəfindən imzalanmaya çıxarılan Xəzər dənizinin hüquqi statusuna dair konvensiya buna sübutdur", - deyə Qazaxıstanın XİN rəhbəri K.Abdrahmanov bildirib.

Qeyd olunur ki, görülən işləri Xəzəryanı dövlət başçılarının şəxsi diqqət və fəal iştirakı olmadan həyata keçirmək mümkün olmazdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər