10 Sentyabr 2018 11:14
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

“SimCity” oyununda qalib gələ bilməyən namizəd şəhər meri ola bilərmi? Bu sualın cavabı Avropada şəhərlərə mer seçkilərində insanları daha çox maraqlandırmağa başlayır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

O qeyd edib ki, “SimCity” oyunu şəhər tikinti və planlaşdırma sahəsində onlayn bir oyundur:

“Boş bir sahədə virtual olaraq uğurlu şəhər planlaşdıran, onu tikən və iqtisadiyyatını quran oyunçu qalib olur. Bu metoddan ilk dəfə 2002-ci ildə Polşada Varşava şəhərinə mer seçkilərində istifadə olunub.

Seçkilərdə 6 nəfər namizədə 3000 seçicinin qarşısında “SimCity” oyunu oynamaq tələb kimi qoyulub. Bu oyunda ən çox xal toplayan Lex Kaçinski insanlar tərəfindən Varşavaya mer seçilib. Onun virtual olaraq tikdiyi, əhalisi 32700 nəfər və büdcəsi rəqibinin tikdiyi şəhərin büdcəsindən 2000 dəfə çox olan şəhərin dizaynı və iqtisadiyyatı seçiciləri daha çox qane edib”.


Müəllif: Səxavət

Oxşar xəbərlər