Rusiya-İran münasibətləri fonunda Azərbaycan Rusiya üçün ən cəlbedici ölkədir.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.
Arkova görə, Azərbaycan Rusiya üçün bir çox istiqamətdən, xüsusilə də logistika mərkəzi olaraq maraqlıdır:
“Beynəlxalq ticarət üçün nəzərdə tutulmuş nəqliyyat sistemləri Azərbaycandan keçir. Digər yandan, Azərbaycan Rusiya üçün ənənəvi kənd təsərrüfatı məhsullarının alışı üçün ən əlverişli bazardır.
Buna görə də Azərbaycan Rusiyadan kənd təsərrüfatı üçün texniki avadanlıqlar alır”.