19 Sentyabr 2018 21:46
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da ölkəmizə səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Məhəmməd Sadiq Səncarini Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

***

Küveyt Dövlətinin Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Bakıya səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, səfərdə məqsəd Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etməkdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Mərzuq Əli əl-Ğanimi Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.


Müəllif: Teleqraf.com