20 Sentyabr 2018 19:15
2 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın bir qrup fəal kommunisti Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki 26 Bakı komissarının məzarını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, mərasimdə azərbaycanlı kommunistlər çıxış edərək, Azərbaycanda sovet hakimiyyətinin qurulması üçün fəal iş aparanların fəaliyyətini təqdir edib.

Məlumata görə, “26-lar”ın məzarını Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov və tərəfdarları ziyarət edib.

Kommunistlərin ziyarətdə məqsədləri Azərbaycanın başına bəlalar açan babalarının ölüm gününü anmaq olub.
Qeyd edək ki, sentyabrın 20-də Azərbaycanda sovet hakimiyyətinin “qələbəsi” uğrunda fəal mübarizə aparan “26-lar”ın öldürülməsinin 100 ili tamam olur.


Müəllif: Cavad

Oxşar xəbərlər