7 Oktyabr 2018 18:04
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu, regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir. Lakin erməni lobbisinin direktivləri əsasında fəaliyyət göstərən şəxslər bu münasibətlərin pozulmasında maraqlıdırlar. Konstantın Zatulin də məhz belə şəxslər sırasında yer alır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, K.Zatulinin fikirləri, eləcə də bundan öncə yol verdiyi qanunazidd hərəkətlər bu şəxsin konkret olaraq erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərdiyini nümayiş etdirir:

“Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərini pozmaq cəhdləri yolverilməzdir və iflasa məhkumdur. Ermənipərəst Zatulin və onun kimilər məqsədlərinə çata bilməyəcəklər”.

S.Fətəliyeva əlavə edib ki, K.Zatulinin siyasi fəaliyyətinin ştrixləri Azərbaycan və dünya ictimaiyyətinə tam çılpaqlığı ilə aydındır:

“O, bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, separatçı rejimdə keçirilən “parlament seçkiləri”ndə iştirak etməklə beynəlxalq qanunvericiliyə zidd addımlar atıb. Bütövlükdə, Zatulin ermənilərin maraqlarının müdafiəçisinə çevrilib. Düzdür, onun fikirləri Rusiyanın mövqeyini əks etdirmir. Bununla yanaşı, bütün hallarda Rusiya Dövlət Dumasında komitə sədrinin müavininin bu cür aqressiv və cəfəng xarakterli fikirlər səsləndirməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna, mahiyyətinə ziddir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər