7 Noyabr 2018 13:38
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ müsəlman düşmənidir”, “Amerika müsəlmanları qırır”, “Rədd olsun ABŞ” – son illər müsəlman dünyasında ən çox yayılmış fikirlər bunlardır. Amma elə həmin Amerikada ilk dəfə olaraq müsəlman qadınlar - Miçiqan ştatında Rəşidə Tlaib və Minnesota ştatında İlhan Ömər Nümayəndələr Palatasına seçkilərdə qalib gəliblər.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Ekspertin sözlərinə görə, ABŞ-ı söyən müsəlman ölkələrinin mütləq əksəriyyətində normal seçki institutu məhv edilib, xanımların hüquqları ilə bağlı ciddi problemlər var, amma bəyənmədikləri, islamofob adlandırdıqları Amerikada müsəlman xanımlar Konqresə üzv olurlar:

“Təbii ki, ABŞ-ın İraqda, Suriyada, Şimali Afrikada buraxdığı səhvlər boğaza qədərdir – on illərlə diktatorların başını sığalladılar, onları sekulyarizmin dayağı saydılar, diktatorların etdikləri vəhşiliklərə göz yumdular – nəticədə indi Avropa qaçqın axınına uğrayıb, region ölkələrində qeyri-sabit, mənasız, məzmunsuz rejimlər formalaşıb və əhalinin də dini radikalizmə meylləri xeyli artıb. Çünki az savadlı toplumlar total ədalətsizliklərlə üzləşəndə radikallaşırlarlar”.

Natiq Cəfərli hesab edir ki, ABŞ-ın İrana qarşı sanksiya siyasəti də səhv yanaşmadır: “Düşünürlər ki, iqtisadi çətinliklər artdıqca İranda camaat rejimi dəyişəkək, amma hələ də bir məsələni tam anlamırlar ki, Şərq toplumları xarici düşmən varsa, bu obraz yaradılıbsa, öz hakimiyyətləri ətrafında daha sıx birləşirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər