12 Noyabr 2018 19:36
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər