Noyabrın 11-də Polşanın dövlət müstəqilliyinin bərpa edilməsinin 100 illiyi tamam olub. Bu münasibətlə Polşada və bütün dünyada bayram tədbirləri keçirilir.
Teleqraf.com xəbər verir ki, Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə noyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bayram konserti olub. Konsertdə tanınmış Polşa pianoçusu, Şopen mükafatı laureatı Yeva Poblotska Avropa bəstəkarlarının əsərlərini ifa edib.