Milanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yer alan məlumatda deyilir.
Bildirilir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edir.
Qeyd edək ki, Elmar Məmmədyarovun Zöhrab Mnatsakanyanla görüşü ATƏT Xarici işlər nazirləri Şurasının sammiti çərçivəsində keçirilir.