11 Dekabr 2018 17:11
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya artıq Ukrayna üçün rəsmi düşməndir. Buna görə də, Ukrayna Parlamenti 1997-ci ildə Rusiya ilə imzalanmış “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında” dövlətlərarası müqaviləni ləğv edib. Bu, gecikmiş addım olsa da, vacib siyasi-hüquqi bir aktdır”.

Bunu Teleqraf.com-a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov deyib.

O bildirib ki, Rusiyanın Azov dənizində Ukraynaya məxsus hərbi gəmilərə silahlı hucum təşkil etməsi, Rusiya təhlükəsinin illüziya və uydurma olmadığını Kiyev də başa düşdü:

“2014-cü ildən etibarən Ukraynaya qarşı hərbi aqressiya nümayiş etdirən və hibrid müharibə aparan, Krımı işğal edən və Donbasda separatçıları silahlandıran, Ukrayna ərazilərində kəşfiyyat-diversiya fəaliyyətlərini həyata keçirən Rusiyanın rəsmi düşmən elan edilməsi, artıq bir çox istiqamətlərdə strategiyanın müəyyən edilməsini dəqiqləşdirəcək”.

Daşqın Gülməmmədov qeyd edib ki, Prezident Petro Poroşenko Rusiya ilə imzalanmış “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq” müqaviləsini 2014-cü ildə ləğv etməliydi:

“Amma nədənsə gecikdi. Buna baxmayaraq, bu müqavilənin ləğv edilməsi beynəlxalq arenada Rusiyanın de-yure hərbi aqressor kimi tanınmasına gətirib çıxaracaq. Ukraynanın bu addımı atması, Rusiyanın post-Sovet məkanında aqressor kimi qəbul edilməsinə şərait yaradacaq”.

UQTMŞ sədri həmçinin qeyd edib ki, Rusiyanın Ukrayna qarşı yenidən müharibəyə başlaması gözləniləndir:

“Rəsmi Moskva Ukraynanın yenidən öz siyasi orbitinə qaytarılması və yaxud bəzi ərazilərində separatçı rejimlər formalaşdırması planlarından əl çəkməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər