Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumunda iştirak etmək üçün sabah Gürcüstana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Gürcüstan hökuməti, parlamenti və iqtisadi inkişaf üçün innovativ qrupun qlobal katibliyi ilə birgə təşkil olunan toplantıya BMT-nin maliyyələşdirmə ilə məşğul olan milli və regional təşkilatlarının üzvləri, beynəlxalq inkişaf agentliklərinin və vətəndaş cəmiyyətinin nümayəndələri qatılacaq.
Tədbirdə innovativ maliyyələşdirmənin təkmilləşdirilməsi, qlobal həmrəylik vergiləri və davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsində mərkəzləşdirilməmiş məlumat bazalarının yeniləşdirilməsi məsələləri müzakirə ediləcək.
Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.