14 Dekabr 2018 15:49
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ümid edir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı (QDİƏT) tərəfdaşlarımız Moskvanın nümunəsini davam etdirəcəklər və təşkilatın büdcəsinin artırılması mexanizminə dəstək verəcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov QDİƏT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclasında deyib.

Nazirin sözlərinə görə, Rusiyanın təşəbbüsü ilə təşkilat daxilində layihələr üzərində işbirliyinin genişləndirilməsi üçün yeni mexanizm qurulub:

“Təşkilatın büdcəsinə 1 milyon dollar dəstək verdik. Ümid edirik ki, digər üzv dövlətlər də, bu addımımızı təqib edəcəklər”.

Qeyd edək ki, bu gündən etibarən, paytaxt Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası öz işinə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu