22 Yanvar 2019 16:24
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan üzrə məruzəçi bəyanat yaydı

Avropa Parlamentində Azərbaycan üzrə məruzəçi təyin olunmuş deputat, xanım Norika Nikolai bir qədər əvvəl Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilməsi ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatın mətni bütün AP üzvlərinə, o cümlədən AP rəhbərliyinə və Avropa İttifaqının əlaqədar qurumlarına göndərilib.

Bəyanatda deyilir:

“Azərbaycanda Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verilməsi ilə bağlı Azərbaycan hakimiyyətinin qərarını alqışlayıram. Bu onu göstərir ki, bəzi Avropa Parlamenti deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır və ümid edirəm ki, gələcəkdə hər hansı bir bəyanat verməzdən əvvəl insident barədə hərtərəfli məlumatı etibarlı mənbələrdən əldə edəcəklər”.


Müəllif: Səxavət