22 Yanvar 2019 21:31
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sizdən xahiş edirəm, Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin".

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, bu fikri Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Şuranın baş katibi Torbyorn Yaqland qurumun Niderlanddan olan üzvü, Azərbaycana qarşı daim qərəzli mövqeyi ilə fərqlənən Piter Omziqin sualına cavab olaraq bildirib.

İclasda Piter Omziq yenə də qərəzli və təxribatçı sualı ilə diqqəti cəlb etmək istəsə də, Avropa Şurasının baş katibi onu yerində oturdub.


Müəllif: Teleqraf.com