7 Fevral 2019 09:21
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının 14 nəfərdən ibarət yeni tərkibini təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının 14 nəfərdən ibarət yeni tərkibi aşağıdakı kimidir:

Kollegiyanın sədri

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.

Kollegiyanın üzvləri:

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavinləri,

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri,

Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının rəhbəri,

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi,

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru,

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru,

Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoru,

Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının hüquq şöbəsinin müdiri,

Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin müdiri,

Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin müdiri,

Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsinin müdiri,

Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının yerli qurumlarla iş və dövlət ehtiyaclarının ödənilməsinin təşkili şöbəsinin müdiri.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər