19 Fevral 2019 11:26
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nives Portundo Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinovu və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gülnisə Mənsimova ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş fevralın 18-də keçirilib.

Görüş zamanı səfir Alfredo Nives Portundo bildirib ki, ABŞ-ın qanunsuz sanksiya siyasətinə, ticarət-iqtisadi və maliyyə blokadasına baxmayaraq, Kuba çox şeyə nail olub. ABŞ və İsraildən başqa dünyanın bütün ölkələri Kubaya iqtisadi təzyiqə etiraz edir və Vaşinqtonun suveren Kubaya qarşı iqtisadi siyasətini pisləyən BMT Baş Assambleyasının qərarına səs verir.

Azadlıq adasının hazırda dünyanın demək olar ki, bütün dövlətləri ilə mehriban dostluq münasibəti olduğunu deyən səfir əlavə edib ki, 2018-ci ildə dünyanın 30 ölkəsinin rəhbəri Kubaya səfər edib.

O, əlavə edib ki, Prezident Donald Trampın rəhbərliyi ilə ABŞ Kubanın əleyhinə siyasəti kəskinləşdirməkdə davam edir. Buna baxmayaraq rəsmi Havana bəyan edir ki, ABŞ hökuməti ilə bərabərlik və qarşılıqlı hörmət əsasında həmişə dialoqa hazırdır.

Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov ölkədə kommunist hərəkatının vəziyyəti barədə səfirə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə Azərbaycan Kommunist Partiyası dörd yerə parçalanıb və bu fakt marksizm-leninizm ənənələrinə uyğun deyil: “Mövcud çətin vəziyyətə baxmayaraq, sıravi kommunistlər sosializm uğrunda mübarizəni partiyanın bölünmüş qruplarında davam etdirir”.


Müəllif: Cavad