21 Fevral 2019 15:36
2 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Ermənistanın Rusiyadan “SU-30SM” qırıcılarına cavab olaraq, Türkiyədən “F-16” təyyarələri ala bilər”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

Onun sözlərinə görə, Türkiyə ABŞ-la birgə “F-16” istehsalını və ixracını həyata keçirir:

“Onlar “F16” hərbi təyyarələrinin lisenziyalı istehsalı ilə yanaşı, ixracını da həyata keçirirlər. Məsələn, Misirə satırlar. Azərbaycana da sata bilərlər, bunun üçün ABŞ-la müqavilə imzalanmalıdır. Hesab edirəm ki, Türkiyənin vasitəçiliyi ilə ABŞ-la belə bir müqavilə imzalana bilər və bu ehtimal yüksəkdir.

Bu, Türkiyə üçün də sərfəlidir. Çünki Türkiyə bundan gəlirlər əldə edəcək”.

Pavel Felgenhauer qeyd edib ki, Azərbaycan Rusiyadan da döyüş təyyarələri ala bilər:

“Məsələn, “SU-30SM”-i asanlıqla əldə edə bilər və Azərbaycan istəsə, Rusiya bunu satacaq. Sərfəli təklif olsa, “SU-35” qırıcılarının da satışını həyata keçirə bilər. Amma bu, daha bahalıdır. İndiyədək Rusiya bunu yalnız Çinə satıb.

Eyni zamanda, Azərbaycan Rusiyanın mühərrikləri ilə işləyən Çin və Pakistan təyyarələrini də ala bilər. Amma Türkiyə ən ideal variantdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər