18 Mart 2019 15:03
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın dediyi sülhlə beynəlxalq hüququn dediyi sülh arasında fərq var”.

Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Anadolu” agentliyinə müsahibəsində bildirib.

O, Azərbaycanın xoşməramlı olmasının göstəricisi kimi Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyala üç dəfə görüşdüyünü söyləyib: “Azərbaycanın səbrinin də sərhədi var. BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda, Azərbaycan hər bir dövlət kimi BMT-nin nizamnaməsində göstərilən bütün hüquqlarından istifadə etmək məcburiyyətində qalacaq”.

PA rəsmisi danışıqlar prosesinin irəliləməsi üçün Ermənistanın da lazımi addımlar atmasının vacibliyini vuruğulayıb: “Sanki Ermənistan hakimiyyəti əvvəlki Sərkisyan-Koçəryan rejiminin səhvlərini təkrarlayır və danışıqlar prosesini bloklayacaq bəyanatlar verir. Ermənistan tərəfindən daha doğru addımlar atılmasına ehtiyac var. Beynəlxalq ictimaiyyət bu məsələdə israrlı olmalı, Ermənistana qəti siyasi və diplomatik mesajlar verməlidir. İşğalın 25 ildən artıq davam etməsi təcavüzkarı cəsarətləndirir, Ermənistanın işğalçı siyasətini gücləndirir".

H.Hacıyev əminliklə Azərbaycan xalqının barışa hazır olduğunu qeyd edərək sülhün də ədalətli olmasının vacibliyini deyib: “Ermənistan mövcud vəziyyəti, yəni işğalı davam etdirməyi sülh kimi qələmə verməyə çalışır. Buna sülh deyə bilmərik. Dolayısı yolla Ermənistan xalqının sülhə hazırlanmasına ciddi ehtiyac var. Ermənistan ona aid olmayan, işğal etdiyi torpaqlardan çıxmalı, Azərbaycan və başqa qonşu dövlətlərlə sülh şəraitində yaşamalıdır”.

Şöbə müdiri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin səylərinin yetərsiz olduğunu da söyləyib: “Müzakirələr 25 ildən artıqdır davam edir. Bu müddət ərzində Azərbaycan torpaqları işğaldan xilas oldumu? Xeyr! Məcburi köçkünlər torpaqlarına qayıtdımı? Xeyr. Artıq işğalçı və təcavüzkarı adı ilə çağırmağın zamanıdır”./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər