7 May 2019 21:16
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin Azərbaycandakı səfirliyi may ayının 17-dən fəaliyyətini dayandırır.

"Mayın 16-sı səfirliyin fəaliyyət göstərəcəyi son gün olacaq. Mayın 20-dən etibarən Azərbaycanla bağlı məsələlərlə Norveçin Ankaradakı səfirliyi məşğul olacaq”, - deyə səfirlikdən İnterfaks-Azərbaycan agentliyinə bildirilib.

Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyinin bağlanması qərarı 2018-ci ilin noyabr ayında elan olunub. "Norveçin Bakıdakı səfirliyini bağlaması qərarı təəssüf hissi doğurur, lakin bu, Norveç hökumətinin qərarıdır”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər