Mayın 13-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.
Əvvəlcə Prezident İlham Əliyev və Prezident Donald Tusk birgə foto çəkdiriblər.
Sonra "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçıları rəsmi foto çəkdiriblər.