14 May 2019 20:09
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkə prezidentinin kadr siyasəti daha inamlı, daha sürətli və daha çevik olarsa, ölkə, vətəndaşlar, xalq, iqtidarın özü, bir sözlə hər kəs bundan qazanacaq. Son bir neçə ildə bir neçə uğurlu kadr təyinatı olub və onların fəaliyyəti qıcıq doğurmur, əməllərində isə dağıdıcılıq, sabotaj, rüşvət və korrupsiya halları yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.
Partiya sədri prezidentin son illərdə apardığı kadr siyasətinə diqqət çəkib:

“Bu sıraya inamla Vergilər naziri Mikayıl Cabbarovu, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevi, Kənd Təsərrüfatı naziri İnam Kərimovu, qaçqınlarla iş üzrə dövlət komitəsinin sədri Rövşən Rzayevi, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovu, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu, Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanovu, Şamaxı icra hakimiyyətinin başçısı Tahir Məmmədovu qeyd etmək lazımdır. Siyahını kifayət qədər böyütmək də olar, təbii ki, son zamanalrın uğurlu kadrları bununla bitmir. Amma, yaxından izlədiklərim və gördüklərim bunlardır. Məsələ burasındadır ki, onlar xalqı narazı salmır və məsul olduqları sahənin inkişafı üçün planlı, sistemli və ağıllı işlər görürlər.
Bizim müxalifət olaraq, vəzifəmiz yalnız tənqid etmək, hər şeyi qara görmək və bütün sahələrdə çatışmazlıqlar axtarmaq deyil. İnanıram ki, müdrik, ağıllı və sistemli mübarizə ilə ölkəni yeni inkişaf mərhələsinə daşıya bilərik. Azərbaycanı “Yurd” sədri Əli Kərimlinin düşüncəsi və yolu ilə irəli aparmaq mümkün deyil. Onun təklif etdiyi yol ancaq dağıdıcılığa, söküntüyə, fəlakətlərə, başqa dövlətlərdən və şəxslərdən asılılığa və qısasçılığa apara bilər”.

Razi Nurullayev hesab edir ki, hakimiyyət də müxalifətin təklif və düşüncələrinə yer ayırmalı, sağlam münasibətlərin qurulması üçün də konkret addımlar atmalıdır:

“Ölkəni demokratikləşdirmək və tərəqqipərvər dünyanın bir hissəsinə çevirməkdə fayda var. Bu yolun birinci mərhələsi Avropa Birliyi ilə daha yaxın əməkdaşlıqdan, siyasi və iqtisadi islahatların dərinləşdirilməsindən keçir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər