15 May 2019 19:43
1 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında qısa söhbət olub”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan deyib.

O, ölkə başçılarının eyni masa arxasında oturduğunu bildirib:

“Azərbaycan prezidenti və Ermənistan baş naziri eyni masa arxasında əyləşdi. Qısa söhbət oldu, təmas xəttindəki vəziyyət müzakirə edilib”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan dövlət başçıları mayın 13-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı proqramının 10-cu ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu