16 İyun 2019 17:05
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb.

Teleqraf.com-un məlumatına görə, ermənilər etiraf edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir.

Digər tərəfdən ermənilər onu da etiraf etməyə məcburdular ki, Fransada erməni lobbisi nə qədər güclü olsa belə, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa neytrallıq saxlamağa məcburdur.

Bu, elə kobud beynəlxalq qanunvericilik pozuntusudur ki, heç bir, hətta müstəqil olmayan məhkəmə belə ona bəraət qazandıra bilməz.

Göründüyü kimi, Azərbaycan həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, antiazərbaycan xarakteli addımların qarşısını almaq gücündədir. Fransa son illər ərzində Azərbaycanla siyasi və iqtisadi əlaqələrini gücləndirib və bu amil Prezident Makron başda olmaqla Fransa hakimiyyətinin mövqeyinə öz təsirini göstərməyə bilməz.

Radikal antiazərbaycan və antitürk mövqeyə malik olan erməni əsilli Fransa politoloqu Qaids Minasyan da bu həqiqətləri etiraf etməklə yanaşı, bütün baş verənlərə görə həm də Ermənistan və erməni lobbisinin məsuliyyət daşıdığını deyib. Onun sözlərinə görə, erməni lobbisinin fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə bu proses davamlı xarakter daşıyacaq.

Minasyan “Le Mond” qəzetinin elektron versiyasında rəhbər işçilərdən biridir, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edir. Fransada yaşasa da, tez-tez Ermənistana gedib-gəlir, aprel döyüşlərindən sonra Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya təşkil edənlərdən biri olub.

Bu, bir tərəfdən konkret antiazərbaycan mövqeyi olan bir şəxsin nüfuzlu “Le Mond” qəzetində aparıcı mövqelərdən birinə sahib olduğunu və bu halın nəşrin obyektivliyinə kölgə saldığını göstərir, digər tərəfdən həssas məqamlarda “Le Mond”un Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında hansı məqamın durduğunu nümayiş etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər