İngiltərə və Fransa Suriyadakı hərbi qüvvələrinin sayını 15% artırmaq barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərədə nəşr olunan “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, bu iki ölkə ABŞ-ın öz hərbi qüvvələrini geri çəkməsi ilə yaranacaq boşluğu doldurmaq üçün Suriyaya əlavə hərbi birliklər göndərməyi planlaşdırır.
Almaniyanın Suriyaya hərbi birlik göndərməkdən imtina etdiyi, İtaliyanın isə məsələni müzakirə etdiyi bildirilib.
ABŞ-ın Suriyada saxladığı 2-2500 hərbçisinin sayını 400-ə qədər azaltması gözlənilir.
Hazırda İngiltərə və Fransanın Suriyada nə qədər canlı hərbi qüvvə saxladığı gizli saxlanılır.