27 İyul 2019 18:05
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ordusuna məxsus “MİQ-29” qırıcısının Xəzər dənizi üzərində texniki nasazlıq səbəbindən qəzaya uğradığını düşünürəm”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bu döyüş təyyarələrinin mütəmadi olaraq təlimlərinin keçirildiyini bildirib:

“Bu təlimlər 5-6 kilometr hava arealında reallaşır və əsas manevrlər isə dəniz üzərində həyata keçirilir. Belə bir qırıcılarla təlimlərin gecə saatlarında keçirilməsi isə risklidir.

“MİQ-29” demək olar ki, köhnə model təyyarələrdir. Belə köhnə modifikasiyalı təyyarələrin dəniz üzərində uçuşları yolverilməzdir. Pilot qəza anında katapult etsə də sağ qalmaq ehtimalı yoxdur. Qeyd edim ki, təlim uçuşları əsasən quruda keçirilsə, pilotun qəza zamanı sağ qalması mümkündür”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycanın maliyyə imkanları Pakistan və digər tərəfdaş ölkələrdən yeni model təyyarələr almağa imkan verir:

“MİQ-lər hərbi parkdan mümkün qədər tez çıxarılmalı, yeni nəsil təyyarələrlə əvəzlənməlidir. Ümumiyyətlə, Rusiyadan son model təyyarələr alınmamalıdır. İndi isə Rusiya “SU-30M” təyyarələrinin ölkəmizə satışına maraq göstərməyə başlayıb.

Lakin Azərbaycana satılacağı təqdirdə həmin təyyarələrdə dəyişilikliyin ediləcəyi gözləniləndir, nəticədə uçuş imkanları Rusiyanın nəzarətində olur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər