“Deyəsən, Ermənistan ordusu Azərbaycan sərhədçilərinin snayperlərinə bələd deyil, bu, onlara baha başa gələ bilər”.
Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Rəşad Süleymanov deyib.
Ekspert son günlərdə cəbhə xəttində işğalçı tərəfin Azərbaycanın mövqelərinə qarşı təxribat cəhdlərinə diqqət çəkib:
“Son gün yarımda Qazax rayonu istiqamətində dövlət sərhədində atəşkəsi pozan ermənilər bir ölü, bir yaralı verib. Deyəsən, ermənilər Dövlət Sərhəd Xidmətinin snayperlərinə bələd deyillər. Əzrayılla çilingağac oynayırlar.
Belə getsə, sərhədə qoyduqları Daxili Qoşunun şəxsi heyətinin yarısını ilin sonuna qədər itirəcəklər”.