“Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmaq planları yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycanın Kandadakı keçmiş səfiri Fərid Şəfiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan gələcəkdə faydalardan və yaranan perspektivlərdən asılı olaraq, Avrasiya Birliyi ilə müəyyən əməkdaşlıq forması tapa bilər.
Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan Avrasiya Birliyi, Avropa İttifaqı, ümumilikdə digər beynəlxalq təşkilatlar da daxil olmaq, bütün beynəlxalq qurumlarla ikitərəfli əməkdaşlıq formatında maraqlıdır:
“Bu mərhələdə Ermənistan Avrasiya Birliyinə üzv olduğuna görə tam əməkdaşlıq mümkün deyil”.