“Azərbaycanın ən böyük dərdi - Qarabağdır. Bəs Qarabağ haradan başlayır? Şuşadan, Xankəndindən, bəlkə Azərbaycan-Ermənistan sərhədindən? Düşünürəm ki, heç birindən - Qarabağ Azərbaycandan çox-çox uzaqlardan başlayır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspertin sözlərinə görə, hər bir dövlətin milli təhlükəsizliyi, təhlükəsizliyinə təhdidlər minlərlə kilometr uzaqlardakı ərazilərdə həllini tapmalıdır:
“Hələ XVII əsrdə hakimiyyətdə olan XII Karl İsveçin apardığı müharibələrə haqq qazandırmaq üçün belə deyirdi ki, İsveçin təhlükəsizliyini qorumaq üçün qonşularla müharibələrə ehtiyac var.
Bunu müasir leksikona uyğunlaşdırsaq, belə başa düşülür ki, hər bir dövlətin milli maraqlarının reallaşması təkcə ölkə daxilində deyil, həm də ölkə xaricindəki çağırışlardan asılıdır. Bu çağırışlardan biri də diasporalarımızdır. Təbii ki, müasir Azərbaycan dövlətçiliyinin inkişafında ölkədən kənarda yaşayan soydaşlarımız mühüm yer tuturlar. Bu sahədə Rusiyadakı həmyerlilərimizi xüsusi qeyd etmək lazımdır. Onların hər il ölkə iqtisadiyyatında pul köçürmələri və investisiyalar vasitəsi ilə oynadıqları rol təsəvvür etmədiyiniz qədərdir. Təxmini statistikaya əsasən, hər il Rusiyadan Azərbaycana 1 milyard dollardan çox pul köçürülür.
Bununla bərabər, ADNA terroru, Gəncə hadisələri bir daha göstərdilər ki, oradakı resurslarımızı Azərbaycan dövlətçiliyi əleyhinə də istifadə edən qüvvələr var”.
Zaur Məmmədov qeyd edib ki, Rusiyada yaşayan milyonlarla azərbaycanlılar ölkədən uzaqda olsalar da, respublikamızın siyasi, iqtisadi, təhlükəsizlik sahələrində heç də az əhəmiyyətli çəkiyə malik deyil:
“Təəsüfflər olun kı, diaspora sahəsində biz, birlik, təşkilatlanma kimi məsələlərdə , bir sıra problemlərlə üzləşməkdəyik. Rusiyada milyonlarla azərbaycanlının yaşadığını nəzərə alsaq bu problem daha da aktual hal alır. Bu illər ərzində demək olar kı, məqsədsiz və nəticəsiz şəkildə təşkilatlanmış bütün təşkilatlarımız artıq real fəaliyyətə keçməlidirlər. Son vaxtlar Rusiyadakı diaspora təşkilarları ətrafında baş verənlər göstərir ki, kimlərsə bizim güclü, həmrəy olmağımızdan narahatlıq keçiriməkdədir. Olduqca mürəkkəb diaspora quruluşuna malik olan Rusiyada milyonçularımız, ziyalılarımız, böyüyündən - kiçiyinə kimi hər birimiz həmrəylik nümayiş etdirməliyik”.