“Ermənilər bütün beynəlxalq formlarda Azərbaycanın işğal olunmuş ərazilərinin onlara aid olmamasını, həmin ərazilərdə yerli erməni xalqının özünü təyinetmə hüququndan istifadə etdiyini bəyan edirdi. Bir çox beynəlxalq sənədlərdə də Ermənisan münaqişə tərəfindən daha çox maraqlı (etnik ermənilərin maraqlarını müdafiə edən tərəf) tərəf kimi göstərilirdi. Son illərdə vəziyyət dəyişir. Artıq Avropa Məhkəməsinin qərarlarında, BMT sənədlərində və bir sıra dövlətlərin sənədlərində aşkar göstərilir ki, işğal altında olan ərazilərə effektiv nəzarəti Ermənistan həyata keçirir və bu ərazilər Ermənisatnın idarəçiliyindədir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Hüquqşünas hesab edir ki, Ermənistanın Azərbaycana qarşı hərəkətlərində aşkar bir xətt görünməyə başlayıb:
“Ermənistan bundan sonra işğal faktını gizlətmək fikrindədir. Ermənistanın növbəti planı bu ərazilərin artıq Ermənistana məxsus olmasını qəbul etdirməkdir. Bir növ Kəşmir məsələsi, amma bir az fərqli. Ermənistan paralel olaraq Azərbaycanın daxilində işləyir. Milli qəhrəmanlarımızın gözdən salnması, Əkrəm, İbraihmbəyov kimi "ziyalıların" satın alınması, nüfuz agenti şəbəkəsinin genişlənməsi və s.
Avropada Əlikram, və Leyla Yunus və başqaları da bu məqsədlər üçün səfərbər edilib. Bu planın icrasına başlasalar növbəti addım o olacaq ki, Azərbaycan əraziləri işğaldan azad etməyə başlayanda onu işğalçı tərəf kimi tanıtdırmaq. Erməni həyasızlığının sonu yoxdur.
Bu plana başlasalar (yəqin ki, başlayıblar da) adekvat tədbirlərə ehtiyac olacaq. Ordumuz hazırdı, amma xarici siyasət idarəmiz nə qədər hazırdı buna deyə bilməyəcəm”.