12 Sentyabr 2019 10:38
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hakimiyyətlə müxalifət arasında dialoqun alternativi yoxdur, bunun davamlı hal alması və diskussiyaya qatılanların əhatəsini genişləndirmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda Azərbaycan iqtidarı və müxalifəti arasında baş tutmuş müzakirələr haqda danışarkən politoloq Elxan Şahinoğlu deyib.

Ekspert mövcud geosiyasi şərtlər daxilində ən yaxşı variantın dialoq olduğuna diqqət çəkib:

“Bir-birimizlə danışmalıyıq, bir-birimizi dinləməliyik, təhqir və söyüşlər istisna olmaqla ən kəskin fikirlər belə səslənə bilər, təki dövlətimiz və millətimiz zərər görməsin. Biz Skandinaviyada yaşamırıq, bura Cənubi Qafqazdır, ətraf toz-dumandır, xarici qüvvələr pusqudadırlar, boşluqlar axtarırlar ki, hərəkətə keçsinlər.

Hakimiyyətin üzərinə də məsuliyyət düşür. Siyasi mübarizənin aparılmalı yer parlamentdir, orada siyasi qüvvələrin ən rəngarəng qüvvələri təmsil oluna bilər. Çünki parlamentdənkənar mübarizə toqquşmaya və ixtilafa aparır, bu isə düşmənlərimizin maraqlarına cavab verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər